Dubayda qızılın qiyməti kəskin ucuzlaşıb

Dubayda qızılın qiyməti kəskin ucuzlaşıb
  06 Mart 2026    Oxunub:2842
Dubayda qızıl böyük endirimlərlə satışa çıxarılıb. Səbəb ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda qiymətli metalın regiondan çıxarılmasının çətinləşməsidir.
AzVision.az Bloomberg nəşrinə istinadla xəbər verir ki, ə, Yaxın Şərqdəki münaqişə səbəbindən aviareyslərin tez-tez ləğv edilməsi qızılın daşınmasını çətinləşdirib. Nəticədə alıcılar əvvəlcədən verdikləri sifarişləri kütləvi şəkildə ləğv edir və ya artıq aldıqları qızılı regiondan çıxara bilmədikləri üçün satışa çıxarırlar.

Bildirilir ki, bir unsiya (təxminən 31,1 qram) qızılın qiyməti 30 dollara civarındadır. Bu isə London Bullion Market Association (LBMA) qiymətlərindən xeyli aşağıdır. Assosiasiyanın məlumatına görə, martın 5-də qızılın qiyməti bir unsiya üçün təxminən 5,1 min dollar təşkil edib.

Daha əvvəl iri logistika şirkətinin rəhbəri Ştefan Paul bildirib ki, tədarük zəncirlərindəki pozuntular səbəbindən Dubayda yeni məhsul ehtiyatı da azalıb və təxminən 10 günə çatacaq. Onun sözlərinə görə, münaqişə dünya üzrə hava yükdaşımaları18 faizini iflic edib, dəniz daşımaları da ciddi zərər görüb.

Ekspert qeyd edib ki, Avropa bu vəziyyətdən nisbətən az təsirlənsə də, idxaldan güclü asılı olan Fars körfəzi ölkələrində vəziyyətin sürətlə pisləşməsi riski mövcuddur.
M. Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti