Vəkilliyə qəbul olmaq istəyənlər üçün vacib məlumat
Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.
Eyni zamanda namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 27.04.2026-cı ilə tarixədək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


