İranın dron hücumuna rəsmi cavab

// Azərbaycan cavab tədbirləri hüququnu özündə saxlayır

      İranın dron hücumuna rəsmi cavab
  05 Mart 2026    Oxunub:2015
İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində günorta radələrində dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasındandır. XİN hava limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən hücumları qətiyyətlə pisləyib.
İran Naxçıvanı vurdu | VİDEO

"Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik", - məlumatda bildirilib.

Sənəddə vurğulanıb ki, Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Məlumatda qeyd olunub ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.


Teqlər:   İran   Naxçıvan  



Xəbər lenti