Azərbaycanın iqtisadi siyasətinin əsas prioritetləri açıqlanıb
Onun sözlərinə görə, orta və uzunmüddətli iqtisadi strategiya qeyri-neft və qaz sektorunun inkişafına, əlverişli investisiya mühitinin yaradılmasına, rəqəmsal texnologiyalara əsaslanan rəqabətli istehsal və xidmətlərin dəstəklənməsinə, dayanıqlı məşğulluq modelinin yaradılmasına yönəlib.
Baş nazirin müavini bildirib ki, bu yanaşma “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər” proqramı və mövcud sosial-iqtisadi inkişaf strategiyaları da daxil olmaqla strateji sənədlərlə tam uyğundur.
“Bu strateji hədəfləri maddi iqtisadi nəticələrə çevirmək üçün effektiv idarəetmə, ardıcıl icra və dövlət qurumları arasında koordinasiya vacibdir. Vahid yanaşma, çeviklik və institusional sinxronizasiya olmadan davamlı və inklüziv inkişafı təmin etmək mümkün deyil”, - Samir Şərifov vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Azərbaycan iqtisadiyyat prioritetlər







Vaxtında, Aydın, Lazımlı!


