Azərbaycan və İordaniya XİN rəhbərləri Yaxın Şərqi müzakirə ediblər

Azərbaycan və İordaniya XİN rəhbərləri Yaxın Şərqi müzakirə ediblər
  02 Mart 2026    Oxunub:1836
2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə **İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi arasında telefon danışığı aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu vurğulayaraq, mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd ediblər.

Nazirlər mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti