Təlimi peşəkar təlimçi Fəzilə Əsgərova aparıb. O, iştirakçılara şəxsi brendin mahiyyəti, fərqlənmə strategiyaları, sosial platformalarda düzgün təqdimat üsulları və auditoriya ilə etibarlı ünsiyyət qurma mexanizmləri barədə həm şəxsi təcrübəsinə, həm də beynəlxalq praktikaya əsaslanan biliklər təqdim edib.
Seminar interaktiv formatda keçirilib. Praktiki tapşırıqlar və fikir mübadiləsi iştirakçıların öz brend mövqelərini müəyyənləşdirməsinə və gələcək inkişaf planlarını formalaşdırmasına imkan yaradıb.
Təlimin sonunda “İMZA” Birliyi tərəfindən təlimdə iştirak edən üzvlərə iştirakçı sertifikatları təqdim edilib və gələcəkdə də bu kimi maarifləndirici layihələrin davam etdiriləcəyi bildirilib.







Vaxtında, Aydın, Lazımlı!


