ABŞ və İsrail raket əleyhinə müdafiə çatışmazlığı ilə üzləşə bilər
Nəşrin məlumatına görə, bir hədəfin qarşısının alınması üçün adətən hava hücumundan müdafiə sistemlərinin iki-üç raketindən istifadə olunur. Bildirilir ki, ötən yay İranla qarşıdurmadan sonra mövcud ehtiyatlar, ehtimal ki, əhəmiyyətli dərəcədə azalıb.
Agentlik vurğulayır ki, xüsusilə ballistik raketlərə qarşı istifadə olunan tutucular ciddi narahatlıq doğurur. ABŞ-ın Stimson Center analitik mərkəzinin eksperti Kelly Grieco bildirib ki, bu tip raketlər istehsal edildiyindən daha sürətlə sərf olunur ki, bu da ehtiyatların uzunmüddətli dayanıqlılığı ilə bağlı narahatlıqları artırır.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


