İsrail mətbuatı: "Xamenei və Pezeşkiyan hədəfə tuş gəliblər"

      İsrail mətbuatı:    "Xamenei və Pezeşkiyan hədəfə tuş gəliblər"
  28 Fevral 2026    Oxunub:1918
ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı çərçivəsində İranın ali dini lideri Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəfə alınıblar.
AzVision.az xəbər verir ki, bu barədə İsrail hökumətinin adı çəkilməyən nümayəndəsi ölkənin "The Times of Israel" qəzetinə açıqlamasında məlumat verib. O deyib ki, İranın ali hərbi və siyasi rəhbərliyi hücumların hədəfindədir, amma hücumların nəticəsi hələlik naməlumdur.

İran mətbuatı zərbələr fonunda Prezident Məsud Pezeşkiyanın öldürülməsi ilə əlaqədar iddiaları yalanlayıb. Əli Xameneinin isə Tehrandan təhlükəsiz yerə köçürüldüyü diqqətə çatdırılıb.

AzVision.az


Teqlər: ABŞ   İsrail   İran   müharibə  



Xəbər lenti