Biləsuvarda və Yevlaxda narkotik vasitələr aşkarlanıb

Biləsuvarda və Yevlaxda narkotik vasitələr aşkarlanıb
  28 Fevral 2026    Oxunub:1715
Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadən xəbər verir ki, tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuș Savalan Quliyev saxlanılıb.


DİN-in yaydığı məlumata görə, ondan satış məqsədi ilə əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon həbləri və elektron tərəzilər aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari il ərzində Yevlaxda polis əməkdaşları tərəfindən 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

AzVision.az


Teqlər: DİN   Biləsuvar   Yevlax   narkotik  



Xəbər lenti