Fitso dövlətə xəyanətdə ittiham olunub

Fitso dövlətə xəyanətdə ittiham olunub
  25 Fevral 2026    Oxunub:1951
Slovakiyanın “Azadlıq və Həmrəylik” müxalif parlament partiyası ölkənin baş naziri Robert Fitsonu Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırmaq qərarı ilə bağlı prokurorluğa cinayət şikayəti ünvanlamağı planlaşdırır.
AzVision.az “Dennik N” nəşrinə istinadən xəbər verir ki, “Azadlıq və Həmrəylik” Partiyasının lideri Branislav Qrölinq Slovakiya Baş Prokurorluğunda keçirilən mətbuat konfransında şikayətdə baş nazirin bir sıra ciddi qanun pozuntularında ittiham olunacağını açıqlayıb.

Deputat Karol Halek isə bildirib ki, Slovakiya baş nazirinin Rusiya tərəfindən “Ukraynaya qarşı yeni bir cəbhə açdığını” düşünür. Siyasətçinin sözlərinə görə, təcili enerji təchizatının kəsilməsi ciddi nəticələrə səbəb ola bilər.

“Rusiya zərbələrindən yaralanan insanların müalicə olunduğu xəstəxanada elektrik enerjisi kəsilə bilər”, - deputat vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fitso   Ukrayna   ittiham  



Xəbər lenti