Rus kəşfiyyatı: "London və Paris Kiyevə nüvə silahı verəcək"

      Rus kəşfiyyatı:    "London və Paris Kiyevə nüvə silahı verəcək"
  24 Fevral 2026    Oxunub:2055
"Britaniya və Fransa Ukraynanı gizli surətdə nüvə bombası ilə silahlandırmağa hazırlaşır".
Bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Bildirilib ki, belə bir addım guya "Ukraynanın öz inkişafı" adı ilə qələmə verilərək gizlədiləcək: "London və Paris lazımi komponentlər, avadanlıqlar və texnologiyaların Kiyevə köçürülməsinə başlamaq üzrədir. Onlar belə fikirləşirlər ki, Ukrayna mütləq "vundervaffe" ilə silahlandırılmalıdır. Berlin bu təhlükəli avantüraya qoşulmaqdan müdrikcəsinə boyun qaçırıb".

Rusiya kəşfiyyatı vurğulayıb ki, bu proses Nüvə silahlarının yayılmaması haqqında Müqavilənin pozulması deməkdir: "Gizlədilən hər nə varsa, mütləq üzə çıxacaq".

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   kəşfiyyat   Britaniya   Fransa   Ukrayna   nüvə-silahı  



Xəbər lenti