Tehran: “Heç bir kapitulyasiya olmayacaq”

 Tehran:  “Heç bir kapitulyasiya olmayacaq”
  23 Fevral 2026    Oxunub:2163
İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı gözlənilən müvəqqəti razılaşma barədə bəzi media orqanlarının yaydığı məlumatlar doğru deyil.
AzVision.az Qətərin “Al Jazeera” telekanalına istinadən xəbər verilir ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai belə deyib.

Onun sözlərinə görə, hazırda tərəflər “ideyaların formalaşdırılması prosesindədir” . Bəqai həmçinin diqqətə çatdırıb ki, İran heç bir təslim olma ideyasını qəbul etməyəcək.

“Bizim təslimçiliyə heç bir aidiyyətimiz yoxdur və bu, beynəlxalq hüquqa da ziddir. Lakin Tehran diplomatik yolla irəliləmək mövqeyində qətiyyətlidir”, – İran XİN-in sözçüsü bildirib.

Eyni zamanda, İran ordusunun baş komandanı Əmir Hatəmi İranın düşmənlərinin İslam Respublikasını tədricən zəiflətməyə və cəmiyyətin dayanıqlığını sarsıtmağa yönəlmiş “strateji zəiflətmə” planı həyata keçirdiklərini iddia edib.

Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi Dana Stroul isə öz növbəsində “Fox News” telekanalına açıqlamasında bildirib ki, ABŞ Yaxın Şərqdə qüvvələrin böyük bir hissəsinin toplanmasından sonra İrana qarşı “yüksək intensivlikli” hərbi kampaniya aparmaq iqtidarındadır.

- ABŞ ordusu prezident Trampın əmri ilə davamlı, yüksək intensivlikli kampaniyaya, həmçinin Yaxın Şərqdəki müttəfiqlərini və tərəfdaşlarını İran raketlərindən qorumağa hazırdır”, – indi Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun tədqiqat direktoru vəzifəsini tutan xanım Stroul vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   ABŞ   kapitulyasiya  



Xəbər lenti