“Müharibə bu il qurtarmayacaq”
// Avropa kəşfiyyatlarının rəhbərləri bədbindirlər
Agentliyin digər həmsöhbəti bildirib ki, Rusiyanın iqtisadiyyatı hələ ki ona müharibə aparmağa imkan verir. Amma ilin ikinci yarısında imkanları zəifləyəcək.
Qeyd edək ki, hazırda Rusiya Ukrayna qoşunlarının Donetskin özünün nəzarət etmədiyi 20% ərazisindən çıxmasını tələb edir. Ukrayna bununla razılaşmır.
Kəşfiyyat xidmətlərinin rəhbərlərindən biri deyib ki, Moskva ABŞ ilə danışıqları biri müharibə, o biri isə ikitərəfli münasibətlərlə bağlı olan iki trekə ayırmaq istəyir. Bir qədər əvvəl Zelenski bildirmişdi ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Moskva ilə Vaşinqton 12 trilyon dollarlıq layihələri müzakirə edirlər.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


