Şeyxülislam Nizami Mərkəzinin baş katibi ilə görüşüb

Şeyxülislam Nizami Mərkəzinin baş katibi ilə görüşüb
  20 Fevral 2026    Oxunub:2198
Fevralın 20-də Qafqaz Müsəlmanları İdarəsində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov arasında görüş keçirilib.
Görüşdə Bütün Qafqazın Şeyxinə Nizami Gəncəvi Mərkəzinin hər il keçirilən Qlobal Bakı Forumu barədə geniş məlumat verilib. O da vurğulanıb ki, bu ilin 12-14 mart tarixlərində keçirilməsi planlaşdırılan XIII Qlobal Bakı Forumunda hər il olduğunu kimi, yenə də bir sıra dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, dünyamiqyaslı ictimai-siyasi xadimlər də daxil olmaqla ümumilikdə 450 qonağın iştirakı gözlənilir.

Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən Hacı Allahşükür Paşazadə bu gün dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın təşviq edilməsinin vacibliyini qeyd edib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Memorrindumda
• Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi,
• Sülh quruculuğu və münaqişələrin qarşısının alınması üzrə əməkdaşlıq
• Dini tolerantlıq və qarşılıqlı hörmət üzrə birgə təşəbbüslər
• Ekstremizm və radikalizmə qarşı mübarizədə iştirak,
• Hmanitar və sosial rifah fəaliyyətlərinə dəstək
və digər məsələlər əksini tapıb.


Teqlər: Din  



Xəbər lenti