Lavrov və Əraqçi söhbətləşiblər

Lavrov və Əraqçi söhbətləşiblər
  20 Fevral 2026    Oxunub:1731
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Tehranın nüvə proqramı ilə əlaqədar İsveçrənin Cenevrə şəhərində aparılmış ABŞ-İran danışıqlarını qiymətləndiriblər. Sergey Lavrov diqqətə çatdırıb ki, rəsmi Moskva Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən, İranın qanuni hüquqlarına hörmətlə yanaşır, ədalətli siyasi-diplomatik həll istiqamətində danışıqlar prosesinə dəstəkləyir.

Nazirlər həmçinin Rusiya və İran arasında qarşılıqlı məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   İran   nazir   söhbət  



Xəbər lenti