Norveç İraqda hərbi iştirakını azaldır

Norveç İraqda hərbi iştirakını azaldır
  20 Fevral 2026    Oxunub:1645
Norveç Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar olaraq qoşunlarının ən azı bir hissəsini İraqdan çıxarmaq qərarına gəlib.
AzVision.az “VG” nəşrinə istinadən xəbər verir ki, Norveç Silahlı Qüvvələrinin rəhbərliyi fevralın 20-də bu məlumatı təsdiqləyib.

“Bölgədəki gərginlik səbəbindən hərbçilərimizin bir hissəsi bəziləri başqa yerlərə köçürülüb. Biz yerli təhlükəsizlik qüvvələrini dəstəkləmək üçün bu ölkələrdəyik. Bölgədəki yeni təhlükəsizlik vəziyyəti bu missiyanı çətinləşdirir”, - Norveç Silahlı Qüvvələrinin nümayəndəsi sözçü Brinyar Strodal deyib.

Qeyd edək ki, Norveçin İraq və İordaniyada təxminən 60 hərbçisi var.

Son günlərdə ABŞ-nin tezliklə İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya biləcəyinə dair getdikcə artan əlamətlər müşahidə olunur. Bir neçə həftədir ki, ABŞ bölgədəki hərbi mövcudluğunu artırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Norveç   İraq   hərbçilər  



Xəbər lenti