Vaşinqton borcunun bir hissəsini ödəyib

Vaşinqton borcunun bir hissəsini ödəyib
  20 Fevral 2026    Oxunub:1621
ABŞ təxminən 160 milyon dollar köçürərək Birləşmiş Millətlər Təşkilatına (BMT) olan borcunu qismən bağlayıb.
AzVision.az xəbər verir ki, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik “Assosiated Press (AP)” agentliyinə müsahibəsində belə deyib.

“Ödəniş ötən həftə edilib və BMT-nin adi əməliyyat büdcəsi üçün nəzərdə tutulub”, - Düjarrik bildirib.

Xatırladaq ki, fevral ayının əvvəlinə olan məlumata görə, Vaşinqtonun BMT-yə olan ümumi borcu təxminən 2,19 milyard dollar təşkil edirdi ki, bu da bütün üzv dövlətlərin borcunun 95%-nə bərabərdir.

Bundan əlavə, ABŞ sülhməramlı əməliyyatlar üçün 2,4 milyard dollar və tribunallara daha 43 milyon dollar borcludur.

Yanvarın sonlarında BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, maliyyə qaydaları yenidən nəzərdən keçirilməsə və ya 193 üzv ölkənin hamısı üzvlük haqlarını ödəməsə, BMT “qaçılmaz iflasla” üzləşəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   BMT   borc  



Xəbər lenti