ABŞ Özbəkistan vətəndaşlarını “qara siyahı”ya salıb

   ABŞ Özbəkistan vətəndaşlarını “qara siyahı”ya salıb
  20 Fevral 2026    Oxunub:1551
ABŞ hakimiyyəti ölkəyə qanunsuz immiqrasiyanı asanlaşdırdığı iddia edilən Özbəkistan vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Sənədə əsasən, viza müraciətlərinə kömək edən Özbəkistanda yerləşən iki şirkətin rəhbərlərinə və yüksək vəzifəli nümayəndələrinə viza məhdudiyyətləri tətbiq edilib.

Məlumata görə, bu şəxslər bilərəkdən əsasən ABŞ-yə qanunsuz miqrasiya etməyi planlaşdıran əcnəbilər üçün nəzərdə tutulmuş turizm xidmətləri göstəriblər. Sənəddə adı çəkilən şirkətlərin adları, eləcə də məhdudiyyətlər tətbiq edilən Özbəkistan vətəndaşlarının adları göstərilməyib.

AzVision.az




Teqlər:



Xəbər lenti