Qırğızıstanda bəzi məmurların ölkədən çıxışı qadağan edilib

Qırğızıstanda bəzi məmurların ölkədən çıxışı qadağan edilib
  18 Fevral 2026    Oxunub:925
Qırğızıstanda prezident administrasiyasının keçmiş məmuru Nurqazi Anarkulov və Futbol İttifaqının vitse-prezidenti Kanatbek Abdıkadırov dünən saxlanılıblar.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Nurqazi Anarkulov Qırğızıstan-Qazaxıstan sərhədini keçərkən tutulub.

Kanatbek Abdıkadırov isə Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTX) keçmiş rəhbəri Kamçıbek Taşiyevlə birlikdə ölkəni tərk etməyə cəhd edərkən “Manas” Beynəlxalq Hava Limanında saxlanılıb. Daha sonra Abdıkadırov dindirilmək üçün Daxili İşlər Nazirliyinə aparılıb və sərbəst buraxılıb.

Sadır Japarov: “Mən dostumu xilas etdim”
Hakimiyyət orqanlarından hər hansı həbslə bağlı rəsmi məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının bu qərarları ölkədə son zamanlar baş verən yüksək səviyyəli istefalar və həbslərlə, o cümlədən korrupsiya ittihamları ilə bağlı həbslərlə əlaqələndirilir.

Bu son hadisələrə Taşiyevin 10 fevralda baş nazirin müavini və Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri vəzifəsindən istefası, eləcə də respublikanın təhlükəsizlik orqanlarında davam edən dəyişikliklər daxildir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qırğızıstan   məmurlar   saxlanmalar  



Xəbər lenti