CNN: "ABŞ-nin ordu naziri də Cenevrədədir"

    CNN:    "ABŞ-nin ordu naziri də Cenevrədədir"
  17 Fevral 2026    Oxunub:1013
"ABŞ-nin ordu naziri Daniel Driskol və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin ali komandanı Aleksus Qrinkeviç Rusiya-Ukrayna müharibəsinə dair üçtərəfli danışıqlara qoşulmaq məqsədilə İsveçrənin Cenevrə şəhərinə gəliblər".
Bu barədə ABŞ-nin "CNN" telekanalının Cenevrədəki müxbiri Heyli Britski öz mənbələrinə istinadən məlumat yayıb. O həmçinin bildirib ki, Ağ Ev danışıqlar istiqamətində nikbinliyini qoruyur, münaqişənin həllini səbirsizliklə gözləyir.
Rusiya-ABŞ-Ukrayna heyətlərinin Cenevrə görüşü başlayır

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Moskva və Kiyevin Vaşinqtonun vasitəçiliyi ilə danışıqlarının növbəti mərhələsi bu gün İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Görüşə Rusiyanın nümayəndə heyəti Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində qoşulacaq. ABŞ tərəfindən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, habelə Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin iştirakı gözlənilir.

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Ukrayna   danışıqlar  



Xəbər lenti