Ərdoğan əs-Sudani ilə terrorla mübarizədə əməkdaşlığı müzakirə edib

Ərdoğan əs-Sudani ilə terrorla mübarizədə əməkdaşlığı müzakirə edib
  13 Fevral 2026    Oxunub:784
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-İraq ikitərəfli münasibətləri, regional və qlobal məsələlər, eləcə də terrorla mübarizə mövzuları müzakirə olunub.

Ərdoğan ticarət başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiriləcəyini, terrorla mübarizədə iş birliyinin gücləndirilməsinin hər iki ölkə üçün vacib olduğunu bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti