Peskov: "ABŞ ilə hesablaşmalarda dollara qayıdıla bilər"

      Peskov:    "ABŞ ilə hesablaşmalarda dollara qayıdıla bilər"
  13 Fevral 2026    Oxunub:1388
"Rusiya ABŞ ilə hesablaşmalarda digər valyutalarla birlikdə dollardan da istifadəyə qayıtmağa hazırdır".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında dilə gətirib. O bildirib ki, Moskva belə bir addımın atılması Vaşinqtonun məsələyə müsbət yanaşmasından asılıdır:

"Çünki ABŞ valyutasının istifadəyə məhdudiyyət Vaşinqtonun tərəfindən irəli sürülüb. Beləliklə, alternativ ödəniş üsullarına üz tutduq".
Peskov: "Xarici brendlər Rusiyaya tezliklə qayıdacaq"

Eyni zamanda, dünən ABŞ-nin "Bloomberg" xəbər agentliyi öz mənbələrinə istinadən xəbər yayıb ki, dollara qayıdış məsələsi Rusiya-ABŞ əməkdaşlıq memorandumunun 7 bəndindən biridir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   dollar  



Xəbər lenti