Kim Çen Inın bacısı Seula xəbərdarlıq edib
Onun sözlərinə görə, Cənubi Koreyadan buraxılan pilotsuz uçuş aparatı fevralın 10-da Şimali Koreyanın hava məkanına soxulub. Siyasətçi həmçinin qeyd edib ki, dronu buraxanın özəl şəxs və ya təşkilat olduğu Koreya rəsmiləri üçün vacib deyil.
“Sizə xəbərdarlıq edirəm, Koreya Xalq Demokratik Respublikasının müqəddəs və toxunulmaz suverenliyini pozan təxribat təkrarlanarsa, əlbəttə ki, buna qarşı sərt cavab tədbirləri görüləcək”, - Kim Yo Çyon vurğulayıb.
Maraqlıdır ki, Cənubi Koreyanın “Yonhap News” agentliyi yanvarın 6-da ya Cənubi Koreya, ya da ABŞ-nin yaxın günlərdə Şimali Koreyaya qarşı “xoşməramlı jest” kimi qiymətləndiriləcək bir addım ata biləcəyini yazmışdı.
Lakin belə bəyanatların ABŞ prezidenti Donald Trampın aprel ayında Çinə səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşmək planları ilə bağlı spekulyasiyalar fonunda verildiyinə diqqət yetirilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Pxenyan Seul xəbərdarlıq







Vaxtında, Aydın, Lazımlı!


