Qırğızıstan parlamentinin sədri istefa verib

Qırğızıstan parlamentinin sədri istefa verib
  12 Fevral 2026    Oxunub:1272
Qırğızıstan parlamentinin ("Joqorku Keneş") sədri Nurlanbek Şakiyev vəzifəsindən istefa verdiyini bildirib.
Bu barədə o özü parlamentin iclasında məlumat verib. Diqqətə çatdırıb ki, belə bir qərarı hər hansı tərəfin təzyiqinə məruz qalmadan, tamamilə könüllü surətdə verib.

Məlumat üçün bildirək ki, Nurlanbek Şakiyev parlamentin sədri vəzifəsinə 2022-ci ildə başlayıb. 2025-ci ildə növbədənkənar seçkilərdə yenidən bu vəzifəyə seçilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırğızıstan   parlament   sədr   istefa  



Xəbər lenti