CNN: "ABŞ-də ən böyük zəfər tağı tikiləcək"

      CNN:    "ABŞ-də ən böyük zəfər tağı tikiləcək"
  11 Fevral 2026    Oxunub:980
"ABŞ Prezidenti Donald Tramp ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə paytaxt Vaşinqtonda dünyanın ən böyük zəfər tağını tikdirmək istəyir".
"CNN" telekanalı öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, tağın şəhərdəki "Arlinqton" körpüsünün yaxınlığında yerləşməsi, zirvəsində 18 metrlik azadlıq heykəlinin ucaldılması nəzərdə tutulur. Abidənin postament və heykəllə birgə hündürlüyünün 250 futa (təqribən 76 metr) çatacağı planlaşdırılır. Bildirilib ki, Donald Tramp tağın məhz bu simvolik hündürlükdə tikilməsini istəyir.

Mütəxəssislərin fikrincə, nəhəng abidə ətrafındakı bir çox əlamətdar yerin, habelə Ronald Reyqan Beynəlxalq Hava Limanının mənzərəsini örtəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   zəfər-tağı  



Xəbər lenti