Moskva Aİ diplomatiyasının rəhbərinə cavab verib

 Moskva Aİ diplomatiyasının rəhbərinə cavab verib
  11 Fevral 2026    Oxunub:894
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ukrayna münaqişəsinin həlli üçün “Moskvadan tələblər siyahısı”nın yaradılması təklifinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Mariya Zaxarova Kaya Kallasa cavabını özünün “Telegram-kanalı”nda yerləşdirib.

“Onun tələblər siyahısı ilə nə edəcəyimizi hələlik açıqlamayacağıq. Qusarlar, susun!”, - Rusiya XİN-in nümayəndəsi yazıb.

Xatırladaq ki, fevralın 10-da Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynadakı münaqişənin həlli üçün birliyin Rusiyaya qarşı tələblərinin siyahısını hazırlamalı olduğunu bəyan edib.

- Danışıqlar masasında oturan hər kəs, o cümlədən ruslar və amerikalılar başa düşməlidirlər ki, həllin əldə olunması üçün Avropanın razılığı vacibdir. Bunun üçün bizim də şərtlərimiz var. Biz bu şərtləri onsuz da güclü təzyiq altında olan ukraynalılara deyil, ruslara qoymalıyıq”, - siyasətçi vurğulayıb.


Kaya Kallas yaxın günlərdə Aİ üzvü olan hökumətlərə mümkün şərtlərin siyahısını təqdim edəcəyinə də söz verib. Buraya müharibə zamanı ölkədən evakuasiya edilmiş bütün ukraynalı uşaqların geri qaytarılması, habelə Rusiya ordusunun sayına məhdudiyyət qoyulması tələbləri daxil olacaq. Bununla belə, o, öz təklifləri haqqında ətraflı məlumat verməyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Zaxarova   Kallas   cavab  



Xəbər lenti