İtaliyada terror aktı törədilib
Xatırladaq ki, bundan əvvəl Bolonya yaxınlığındakı dəmir yolu xəttində kabellər kəsilib. Digər xəttdə əldəqayırma partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Qatarların hərəkətlərində əhəmiyyətli dərəcədə gecikmələr yaradan hər iki hadisənin anarxistlərlə və İtaliyada başlayan Qış Olimpiadası ilə əlaqəli olması mümkündür.
Oyunların keçirildiyi şəhərlərdən biri olan Milanda anti-Olimpiya etirazları davam edir. Fevralın 7-də daha bir nümayiş iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunub.
“İdman uğurları üçün könüllülər də daxil olmaqla bir çox insanın çalışdığı Olimpiadaya etiraz edənlər İtaliyanın və italyanların düşmənləridir”, - İtaliyanın baş naziri Corca Meloni deyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İtaliya dəmiryolu terror







Vaxtında, Aydın, Lazımlı!


