İlon Mask: "Süni intellekt 5 ildən sonra bəşəriyyətdən daha ağıllı olacaq"

   İlon Mask:    "Süni intellekt 5 ildən sonra bəşəriyyətdən daha ağıllı olacaq"
  22 Yanvar 2026    Oxunub:878
"Süni intellekt indiki inkişaf tempini qoruyarsa, 5 il ərzində bütün bəşəriyyətdən daha ağıllı ola bilər".

AzVision.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, süni intellekt və robot texnologiyalarının geniş yayılması qlobal iqtisadiyyata görünməmiş təsir göstərəcək və insan ehtiyaclarının böyük hissəsi avtomatlaşdırılmış sistemlər tərəfindən ödəniləcək.

Mask eyni zamanda humanoid robotların sürətlə inkişaf etdiyini və “Optimus” robotlarının artıq "Tesla" zavodlarında sadə tapşırıqları yerinə yetirdiyini deyib. O, gələn ilin sonuna qədər humanoid robotların satışına başlanılacağını açıqlayıb.

Mask süni intellektin qarşısında ən böyük maneənin enerji olduğunu, xüsusilə elektrik istehsalının artım tempinin çip istehsalına çatmadığını vurğulayıb. Bu baxımdan günəş enerjisinin böyük potensiala malik olduğunu qeyd edib.

Mask sonda hər kəsi gələcəyə nikbinlik və həyəcanla baxmağa çağırıb.

AzVision.az



Teqlər:



Xəbər lenti