Günəşdə güclü partlayış qeydə alınıb
Məlumata görə, hadisə Günəş diskinin Yerə yönəlmiş görünən hissəsinin mərkəzində yerləşən 4341 nömrəli aktiv bölgədə baş verib. Günəş partlayışı Bakı vaxtı ilə saat 22:09-da maksimum intensivlik fazasına çatıb və ona X1.95 göstəricisi qeydə alınıb.
Qeyd olunur ki, Günəşdə bundan güclü partlayış sonuncu dəfə 2025-ci il noyabrın 14-də qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, hazırki partlayışın Yerə potensial təsir ehtimalı kifayət qədər yüksək olaraq qalır.
Həmçinin vurğulanır ki, sözügedən aktiv bölgədə yanvarın 8-i və 12-də Günəşin Yerə görünməyən əks tərəfində baş vermiş əvvəlki iki güclü partlayış koronal kütlə atılmaları ilə müşayiət olunub.
M.Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


