Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən    hava    şəraiti açıqlanıb
  11 Yanvar 2026    Oxunub:2809
Azərbaycanda yanvarın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az
-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 11-16 dərəcə isti olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti