Tədqiqat: Ürək sağlamlığı üçün çox gəzmək daha faydalıdır
Təxminən on il ərzində 735 ölüm halı və 3 119 ürək-damar hadisəsi, o cümlədən infarkt və insult qeydə alınıb. Təhlil göstərib ki, yeriş vərdişləri mühüm əhəmiyyət daşıyır. Ən yüksək risk fiziki aktivliyi çox qısa müddətli hərəkətlərlə məhdudlaşan şəxslərdə müşahidə olunub. Beş dəqiqədən az davam edən gəzintilər ölüm hallarının və ürək-damar ağırlaşmalarının daha çox qeydə alınması ilə əlaqələndirilib.
Ən aşağı risk isə müntəzəm olaraq ən azı 15 dəqiqə gəzən iştirakçılarda müşahidə edilib. Bu qrupda ölüm və ürək-damar hadisələrinin nisbəti əhəmiyyətli dərəcədə aşağı olub. Tədqiqat müəllifləri qeyd edirlər ki, bəzi hallarda qısa gəzintilər araşdırma zamanı aşkar edilməyən əsas sağlamlıq problemlərinin nəticəsi ola bilər.
AzVision.az
Teqlər: ürək sağlamlıq gəzinti







Vaxtında, Aydın, Lazımlı!


