İlin əsas arxeoloji tapıntısı: II Tutmosun məqbərəsi

   İlin əsas arxeoloji tapıntısı:    II Tutmosun məqbərəsi
  21 Dekabr 2025    Oxunub:1729
Amerika Birləşmiş Ştatlarının “Archaeology” jurnalı 2025-ci ilin ən mühüm 10 arxeoloji tapıntısı müəyyən edib. Misirin Luksor bölgəsində üzə çıxarılan firon II Tutmosun məqbərəsi də siyahıya salınıb. Jurnalın yeni nömrəsinin üz qabığında abidədəki yazıların şəkli dərc olunub.
Abidə 1922-ci ildə Tutanxamonun məqbərəsinin üzə çıxarılmasından bəri 18-ci ailəyə aid tapılmış ilk firon məqbərəsi sayılır. Fironun məqbərəsi Misir-Britaniya birgə arxeoloji ekspedisiyası tərəfindən Luksor şəhərinin qərbində Tıba dağında üzə çıxarılıb.

Əvvəlcə arxeoloqlar tapılan məqbərənin Tutmosların arvadlarından birinə aid olduğunu düşünüblər. Belə ki, abidə firon III Tutmosun arvadlarına aid məqbərənin, eləcə də Hatşepsutun qəbrinin yaxınlığında yerləşir. Lakin qazıntıların miqyası genişləndikdən sonra üzə çıxarılan digər faktlar onun firon II Tutmosa aid olduğunu sübut edib.

Qazıntılar zamanı həmçinin Am-Duat (Axirət) kitabının mətnlərinin yazıları və digər naxışlı artefaktlar tapılıb.


Teqlər: Arxeologiya   Misir  



Xəbər lenti