Naxçıvanın yolları təmir olunur
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “AzVision”a bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2025-ci ilin 9 ayında 81,65 kilometr təmiri nəzərdə tutulan avtomobil yollarından 54,75 kilometri, və ya 67 faizi əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib.
Ümumilikdə 2025-ci ildə Naxçıvan şəhərinin Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəllə, Qaraçuq kəndi, Xətai məhəlləsi, S.Vurğun-N.Naxçıvani, M.H.Şəhriyar-H.Rəhmanov-58-61-ci məhəllə, Culfa rayon Yaycı kənd daxili, Babək rayon Nehrəm qəsəbədaxili, Şərur rayon Muğancıq Müslüm və Cəlilkənd-Düdəngə, Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.
“Görülən işlər Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və regionun sosial-iqtisadi inkişafının təmin olunmasına yönəlib”-deyə agentliyin mətbuat xidmətindən bildirilib.
Teqlər: Naxçıvan







Vaxtında, Aydın, Lazımlı!


