Alüminium ixracından gəlirlər artıb

Alüminium ixracından gəlirlər artıb
  18 Oktyabr 2025    Oxunub:1254
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 155 789,47 min ABŞ dolları dəyərində 55 219,19 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,6% çox, həcmi isə 2,5% azalıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,88% təşkil edib.

AzVision.az


Teqlər: alüminium   ixracat  



Xəbər lenti