Bu gün müəllimlər günüdür
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir.
Ölkəmizdə müəllimlər XXI əsrin tələblərinə uyğun təhsil modelini həyata keçirərək şagirdləri gələcəyin çağırışlarına hazırlayırlar. Son illər həyata keçirilən sertifikatlaşdırma prosesi müəllimləri davamlı inkişafa təşviq edərək ömür boyu öyrənmə mədəniyyətinin inkişafına töhfə verir. 2022–2025-ci illər ərzində 84 min müəllim sertifikasiya prosesinə cəlb olunub və 73 min müəllim sertifikasiyadan uğurla keçib. Test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 faiz əlavə edilir. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunur.
Bu gün Azərbaycanda 300 minə yaxın müəllim fəaliyyət göstərir. Onların hər biri yalnız bilik ötürmür, həm də gələcəyin memarıdır. Məhz müəllim əməyinin nəticəsində savadlı, bilikli insanlar yetişir. Müəllim öyrətdiyi hər şagirdlə bərabər ölkənin gələcəyinə işıq tutur.
Bütün müəllimləri təbrik edirik!
Teqlər: Müəllim







Vaxtında, Aydın, Lazımlı!


