Bəşəriyyət süni intellektin köləsinə çevriləcəkmi?

   Bəşəriyyət süni intellektin köləsinə çevriləcəkmi?
  02 Oktyabr 2025    Oxunub:1885
Süni intellekt (Sİ), mümkün dünya hökmranlığı da daxil olmaqla, bəşəriyyətin məhvinə səbəb ola bilər.
AzVision.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, Amerikanın “OpenAI” texnoloji şirkətinin rəhbəri Sem Altman belə xəbərdarlıqla çıxış edib.

“Bu model az-çox təsadüf nəticəsində dünyanı idarə edir”, - “Axel Springer” mediakonserninin baş direktoru Matias Depfnerin podkastında Altman deyib.

Neyroşəbəkə alimləri təəccübləndirib
Digər ssenarilərə görə, Sİ ya hakimiyyətdəkiləri tabe edə, ya da nəzarətdən çıxıb özü müstəqil şəkildə inkişaf edə bilər. “ChatGPT” neyron şəbəkəsi haqqında danışan Altman onun istifadəçi bazasının tezliklə milyardlara çatacağını vurğulayıb.

- İnsanlar həyatda, işdə, hər şeydə mühüm qərarlar qəbul etmək üçün getdikcə daha çox onun cavablarına güvənirlər”, - Sem Altman istifadəçilərin asılılığının Sİ-dən necə artdığına diqqət çəkib.

Onun fikrincə, insanların əksəriyyəti süni intellektlə bağlı tövsiyələrə güvənməyə meylli olacaq ki, bu da son nəticədə nəzarətin itirilməsinə gətirib çıxaracaq.

Xatırladadaq ki, bundan əvvəl alimlərdən həndəsi məsələni həll etmək tapşırığı alan Sİ öz cavabı ilə onları təəccübləndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     bəşəriyyət   köləlik  



Xəbər lenti