Neft Fondu İtaliya şirkətindən 49 faiz pay alır
“Gələcəkyönümlü institusional kapital təminatçısı olaraq İtaliya və ümumilikdə Avropada strateji investisiya imkanlarını dəstəkləməyə davam edəcəyik”, - deyə o qeyd edib.
“Enfinity Global” şirkətinin baş icraçı direktoru Karlos Domeneç bildirib ki, ARDNF-in İtaliyadakı ilk müqavilə əsaslı fotovoltaik portfelimizə uzunmüddətli tərəfdaş və investor kimi cəlb etməkdən məmnunluq duyuruq. Bu investisiya bütün iştirakçı ölkələr, investorlar və istehlakçılar üçün qarşılıqlı faydalı olan davamlı enerjiyə keçidin parlaq nümunəsidir.
Müqavilənin başa çatmasından sonra “Enfinity Global” 51 faizlik payını qoruyaraq və İtaliyanın bərpaolunan enerji bazarındakı güclü mövqeyini möhkəmləndirərək bu aktivlərin effektiv idarəçiliyini həyata keçirəcək.
Bu investisiya, ARDNF-in uzunmüddətli investor kimi müəyyən edilmiş strateji hədəflərinə və mandatına uyğun şəkildə sabit və proqnozlaşdırıla bilən gəlir mənbəyi yaratmaqla yanaşı, qlobal miqyasda dayanıqlı enerji keçidinə töhfə verir. Razılaşma çərçivəsində “Enfinity Global” İtaliyadakı layihə portfelinə investisiya tərəfdaşlarını cəlb edir. Bu, şirkətə mövcud layihələr üzrə kapital dövriyyəsini təmin etməyə və İtaliya üzrə 2,6 GVt günəş enerjisi və 5,3 GVt enerji saxlama gücünə malik layihələrin həyata keçirilməsini sürətləndirməyə imkan verir. Nəticədə, şirkətin ölkədə müstəqil enerji istehsalçısı (IPP) kimi lider mövqeyi daha da möhkəmlənir.
İnvestisiya portfeli həm istismarda olan, həm də tikilməkdə olan, İtaliyanın Latsio və Emiliya-Romanya regionlarında yerləşən günəş elektrik stansiyalarını əhatə edir. İstehsal edilən elektrik enerjisinin uzunmüddətli enerji alqı-satqı müqavilələri (PPA) əsasında satışa çıxarılması nəticəsində istehlakçılar üçün sabit enerji tarifləri, investorlar üçün isə proqnozlaşdırıla bilən pul axınları təmin ediləcək. Portfel üzrə stansiyaların illik təxminən 685 milyon kilovat-saat (GVts) həcmində təmiz elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu da hər il təqribən 184,950 ton karbon-dioksid ekvivalentində (CO₂e) emissiyanın azaldılması və 250 minədək italiyalı ailənin illik enerji tələbatının qarşılanması deməkdir.
Əməliyyat çərçivəsində “Enfinity Global” şirkətinə bir sıra məsləhətçi qurumlar tərəfindən dəstək göstərilib. Şirkətə bu prosesdə “Mediobanca” maliyyə məsləhətçisi, “Legance” hüquqi məsləhətçi, “Fichtner” isə texniki məsləhətçi qismində xidmət göstərib.
ARDNF sözügedən əməliyyat üzrə “JLL” tərəfindən birləşmə və satınalmalar üzrə, “Dentons Europe Studio Legale Tributario” tərəfindən hüquqi, “EY” tərəfindən maliyyə və vergi, “DNV” tərəfindən isə texniki məsləhət dəstəyi ilə təmin olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


