İstanbulda yeddi mindən artıq bina zədələnib

İstanbulda yeddi mindən artıq bina zədələnib
  26 Aprel 2025    Oxunub:391
Aprelin 23-də İstanbulda baş vermiş zəlzələdən sonra şəhərin 39 rayonuna dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı başladılan yoxlama çərçivəsində indiyədək 8367 bina yoxlanılıb.
AzVision.az xəbər verir ki, bununla bağlı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial media hesabında açıqlayıb.

Nazir bildirib ki, bu binalardan 7113-nün ciddi, 437-nin isə az zədəli olduğu müəyyən edilib. Ziyan dəymə yoxlamaları başa çatdıqdan sonra zəruri addımlar atılacaq.

Nazir dəyən zərərin müəyyənləşdirilməsi üçün ən çox İstanbulun Bahçelievler, Bağcılar, Esenler, Avcılar və Küçükçekmece olmaqla beş rayonundan müraciətin daxil olduğunu deyib.

Qeyd edək ki, şəhərdə afterşokların davam etməsi səbəbindən əhalinin müəyyən hissəsi hələ də evlərinə girməyə çəkinir.


Teqlər: Zəlzələ  





Xəbər lenti