“Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb

“Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb
  26 Aprel 2025    Oxunub:438
Bu gün Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin anadan olmasının 117 ili tamam olur.
AzVision.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir və ictimai xadim, Mir Cəlal Paşayevin anadan olmasının 117 illiyi münasibətilə “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb.

Virtual sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sərəncamlarn, yazıçının müəllifi olduğu və haqqında qələmə alınan kitabların tam mətni təqdim edilir. Belə ki, virtual sərgidə müəllifin müxtəlif illərdə Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən, minlərlə oxucunun hafizəsində və qəlbində Mir Cəlal obrazını yaradan “Bir ömrün imzası”, “İki rəssam”, “Ədəbi tənqid”, “Füzuli sənətkarlığı”, “Mir Cəlal dünyasından sətirlər”, “Yuxu və külək”, “Ədəbiyyatda romantizm”, “Mir Cəlalın milli ideyaları”, “Mir Cəlal xatirələrdə”, “Mir Cəlal dünyasından sətirlər” kimi 40-dan çox kitabın tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Mir Cəlalın çoxşaxəli bədii və ictimai fəaliyyətindən, Azərbaycan nəsrinə bəxş etdiyi töhfələrdən bəhs edən akademik Nizami Cəfərovun “Mir Cəlal, yaxud ədibin idealları - Nizami Cəfərov”, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Azər Turanın “Mir Cəlal şəxsiyyəti 1937 və 40-cı illər kontekstində”, şair, publisist İntiqam Yaşarın “Müəllimimin böyük ustadı - Mir Cəlal Paşayev”, jurnalist Nəzakət Ələddinqızının “Xeyirxah insan, görkəmli yazıçı, böyük alim - Mir Cəlal Paşayev” kimi 10-dan çox məqalənin tam mətni də sərgilənir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.


Teqlər: Mir-Cəlal   Kitab  





Xəbər lenti