Azərkosmos və Türkiyənin “Plan-S” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərkosmos və Türkiyənin “Plan-S” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
  25 Aprel 2025    Oxunub:318
Azərkosmos Türkiyənin kosmik sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Plan-S” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
İmzalanma mərasimi Azərkosmosun ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.

Tərəflər arasında əldə edilən razılaşma, “Plan-S” şirkətinin “Connecta IoT” adlı innovativ peyk şəbəkəsinin Azərbaycanda tətbiqinə dair kommersiya fəaliyyətlərinə start verilməsini və gələcək əməkdaşlıq üçün ümumi çərçivənin formalaşdırılmasını nəzərdə tutur.

Bu əməkdaşlıq Azərbaycanın rəqəmsal və kosmik texnologiyalar sahəsində inkişafını dəstəkləməklə yanaşı, regionda peyk əsaslı IoT (Əşyaların İnterneti) xidmətlərinin genişlənməsi baxımından da əhəmiyyətli addımdır.

Qeyd edək ki, “Connecta IoT” - “Plan-S” tərəfindən yaradılmış aşağı orbitli peyklərdən ibarət şəbəkədir və geniş miqyaslı Əşyaların İnterneti (IoT) həlləri üçün nəzərdə tutulub. Bu sistem vasitəsilə dünyanın istənilən nöqtəsində yerləşən sensorlar və cihazlar vasitəsilə real vaxtda məlumat ötürülməsi mümkündür. “Connecta IoT” xüsusilə kənd təsərrüfatı, enerji, nəqliyyat və ətraf mühitin monitorinqi sahələrində istifadə oluna bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti