Ukrayna bu gecə Krıma zərbələr endirib

Ukrayna bu gecə Krıma zərbələr endirib
  25 Aprel 2025    Oxunub:378
Ukraynanın pilotsuz təyyarələri bu gecə Krımda hədəflərə hücum edib.
AzVision.az Rusiyanın “Nebo Priqraniçya” və “Radar.ru Priqraniçya” Telegram-kanallarına istinadən xəbər verir ki, ötən gecənin ilk saatlarından Krımın şimalına pilotsuz təyyarələrin hərəkəti qeydə alınıb. Məlumata görə, ən azı 22 PUA Krıma tərəf uçub.

Daha sonra, “BBC” telekanalı son bir saat ərzində “Radar Krım” Telegram-kanalının Krımın şimalında Krasnoperekopsk, Cankoy və digər yerlərə, yarımadanın şimal-qərbindəki Yevpatoriya və Sakiyə, sonra Sevastopol və Krım körpüsünə pilotsuz təyyarələrin zərbələr endirməsi təhlükəsi barədə bir-birinin ardınca mesajlar verdiyini bildirib.

Kiyev və Aİ Krımdan imtina edə bilər - “The New York Times”
Xatırladaq ki, yaxın saatlarda ABŞ prezidentinin səlahiyyətli nümayəndəsi Stiv Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə danışıqların növbəti raundu üçün Moskvaya gələcəyi gözlənilir. Bundan əvvəl Amerika tərəfi ilhaq olunmuş Krımın Rusiyanın bir hissəsi kimi tanınması təşəbbüsü ilə çıxış edib.

Yeri gəlmişkən, “The New York Times” qəzetində dərc olunan materialda bu təşəbbüsün qəti əleyhdarları olan Kiyevin və Avropa İttifaqının da (Aİ) Vaşinqtonun təzyiqindən çəkindikləri üçün Krımın ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması ilə razılaşa biləcəkləri vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Krım   hücum  





Xəbər lenti