Ukraynaya 410 milyon avro ayrılır

Ukraynaya 410 milyon avro ayrılır
  25 Aprel 2025    Oxunub:316
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Norveç Ukraynaya 410 milyon avro maliyyə yardımı ayıracaq.
AzVision.az xəbər verir ki, bu maliyyə vəsaiti qış mövsümü zamanı qazın alışına sərf olunacaq.

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, bu gün Vaşinqtonda AYİB prezidenti Odil Renaud-Basso ilə müqavilə imzalayıb.

“Belə bir sənəd Ukraynanın enerji dayanıqlığını gücləndirəcək. Saziş dövlət zəmanəti ilə AYİB-dən 270 milyon avro cəlb etməyi nəzərdə tutur ki, bu da Norveç hökumətinin 140 milyon avro məbləğində qrantı ilə müşayiət olunacaq. Bu, Ukraynanın “Naftogaz” şirkətinə növbəti istilik mövsümünə hazırlıq üçün əhəmiyyətli həcmdə təbii qaz idxal etməyə imkan verəcək”, - deyə Şmıxal qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti