İtaliya Putini həbs etmək istəmir

   İtaliya Putini həbs etmək istəmir
  24 Aprel 2025    Oxunub:603
Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) 2023-cü ilin martında verdiyi həbs qərarı onun yurisdiksiyasında olan İtaliyada etibarsızdır.
AzVision.az İtaliyanın “Corriere della Sera” və “La Repubblica” nəşrlərinə istinadən xəbər verir ki, İtaliyanın Ədliyyə naziri Karlo Nordio BCM hakimlərinin qərarının icrası barədə Apellyasiya Məhkəməsinə müraciət edə bilməsi üçün onu hələ də Romanın baş prokuroruna göndərməyib. Bununla əlaqədar, sərəncam İtaliya ərazisində qüvvəyə minməyəcək.

“Yanvar ayında İtaliya hökuməti İsrail tərəfinə Vyana Konvensiyasına uyğun olaraq dövlət başçılarının İtaliya ərazisində toxunulmazlığa malik olduğunu açıqlayıb”, - qəzetlər, o cümlədən “The Times of Israel” nəşri yazırlar.

Xatırladaq ki, ötən ilin noyabrında BCM İsrailin Qəzza zolağında və HƏMAS-a qarşı hərəkətlərinə görə İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verib.
“İtaliyanın belə yanaşması Putinə də aiddir.

- Bununla belə, Rusiya prezidenti aprelin 26-da Roma Papası Fransiskin dəfn mərasimində iştirak etməyi planlaşdırmır. Rusiyanı mədəniyyət naziri Olqa Lyubimova təmsil edəcək, Kreml xəbər verir”, - hər iki qəzet vurğulayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BCM   İtaliya   Putin  





Xəbər lenti