Binədə 52 yaşlı kişi qətlə yetirilib

Binədə 52 yaşlı kişi qətlə yetirilib
  25 Aprel 2025    Oxunub:296
Aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İlkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun Səlim Əliyevi aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti