Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını rədd edib

Bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib.
Məlumdur ki, məhkəməsi həyata keçirilən erməniəsilli şəxslərlə Azərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunan standartlarına uyğun rəftar edilir və onlara Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının nümayəndələri dəfələrlə baş çəkiblər.
Məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir.
Bu qərar Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir.
Teqlər: Hüquq Ermənistan