Conson Trampın “sülh planı”nı kəskin tənqid edib

   Conson Trampın “sülh planı”nı kəskin tənqid edib
  25 Aprel 2025    Oxunub:397
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ prezidenti Donald Trampın “sülh planı”nı sərt tənqid atəşinə tutub.
AzVision.az xəbər verir ki, Rusiyanın bir gecədə Ukraynaya kütləvi hücumdan sonra Boris Conson “Facebook” sosial şəbəkəsində müvafiq bəyanat yayıb.

“Putin heç nəyə fərq qoymadan Ukraynada mülki insanları hədəfə alıb, Kiyevdə uşaqlar da daxil olmaqla 100 nəfəri öldürüb və yaralayıb”, - Böyük Britaniya hökumətinin sabiq başçısı yazıb.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin öz hərəkətlərinə görə mükafat alır - Rusiyanın ələ keçirdiyi ərazilərin qorunub saxlanması, NATO-ya üzvlüyünə qadağa şəklində Ukraynanın taleyinə nəzarət, sanksiyaların götürülməsi, Amerika ilə iqtisadi tərəfdaşlıq və bir neçə ildən sonra Ukraynaya növbəti hücum üçün öz silahlı qüvvələrini yenidən bərpa etmək imkanı.

- Ukraynaya gəlincə, onlara sonsuz şəkidlə deyildiyi kimi, bütün dünyada azadlıq və demokratiya uğrunda verdikləri dəhşətli qurbanların mükafatı nədir? Təbii sərvətlərini ABŞ ilə bölüşmək hüququndan başqa heç nə əldə etmirlər. Bu müqavilədə Rusiyanın üçüncü işğalını nə dayandıra bilər? Heç nə”, - Boris Conson hiddətini gizlətməyib.

Siyasətcinin fikrincə, Moskvanın növbəti vəhşiliklərinin qarşısını almaq üçün Ukraynaya lazımi səviyyədə maliyyələşdirilən təhlükəsizlik zəmanətləri vermək lazımdır. Bu zəmanətlər isə, Böyük Britaniya, ABŞ və bütün Qərb müttəfiqləri tərəfindən verilməlidir.

Boris, sən də...Boris, sən haqlı deyilsən!
Maraqlıdır ki, indi ABŞ prezidentinin “sülh planı”nı sərt şəkildə tənqid edən Böyük Britaniyanın keçmiş baş naziri bu ilin fevral ayında təbii sərvətlərin hasilatı müstəvisində Donald Trampın Kiyevə təkilf etdiyi sazişin yenilənmiş variantını Ukrayna üçün unikal şans kimi qiymətləndirmişdi.

“Kiyev bu fürsətdən yararlanması və saziş imzalaması vacibdir, çünki gələcəkdə ABŞ-nin dəstəyi əsas rol oynayacaq. Bu, ABŞ-ni “azad, suveren və təhlükəsiz Ukraynanı” dəstəkləməyə məcbur edəcək”, - siyasətçi iddia etmişdi.


Yeri gəlmişkən, hələ 2022-ci ilin aprel ayında İstanbul razılşamaları əsasında Kiyevin indikindən daha yüngül şərtlərlə müharibənin dayandırılması barədə saziş imzalamasını məhz Boric Conson əngəlləyib. İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətinə başçılıq edən Ali Radada “Xalqın qulluqçusu” fraksiyasının lideri David Araxamiya 2023-cü ilin noyabrında bununla bağlı açıqlama verib. Amma bu ilin mart ayında “Triggernometry” YouTube kanalına müsahibəsində Boris Conson İstanbul anlaşmasının pozulmasına görə məsuliyyəti rəsmi Kiyevin üzərinə qoyub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Conson   Tramp   tənqid  





Xəbər lenti