Rusiyalıların Putinə inam səviyyəsi 80%-i ötüb

Rusiyalıların Putinə inam səviyyəsi 80%-i ötüb
  25 Aprel 2025    Oxunub:387
Rusiyalıların prezident Vladimir Putinə inam səviyyəsi həftə ərzində 1 faiz bənd üzrə (p.p.) artaraq 80,2%-ə çatıb.
Bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VÇİOM) məlumat yayıb.

Rusların 55 faizi Putinə güvənir - SORĞU
Sorğu aprelin 14-dən 20-dək 1600 yetkin vətəndaş arasında keçirilib.
VÇİOM hökumətin və baş nazirin reytinqini də dərc edib. Rusiya hökumətinin fəaliyyəti respondentlərin 53,1%-i (+1,7 faiz) tərəfindən bəyənilib. Baş nazir Mixail Mişustinin reytinqi 0,6 faiz aşağı düşüb. — 53,3%. Respondentlərin 62,4%-i Mişustinə güvəndiyini bildirib (-0,4 faiz geriləmə).

İctimai Rəy Fondunun (FOM) aprelin 4-dən 6-dək 1500 vətəndaş arasında keçirdiyi sorğuya əsasən, rusiyalıların əksəriyyəti (təxminən 80%) Putinə güvəndiyini bildirmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Sorğu  





Xəbər lenti