Tramp: “Mən zarafat etmirəm”

      Tramp:    “Mən zarafat etmirəm”
  25 Aprel 2025    Oxunub:323
ABŞ prezidenti Donald Tramp Kanada və Qrenlandiyanın ABŞ-nin bir hissəsi olması ilə bağlı zarafat etmədiyini bildirib.
AzVision.az bildirir ki, “Times” jurnalının təmsilçisinin Kanada və Qrenlandiyanın ilhaqının zəruriliyi barədə bəyanatlarının ciddiliyini şərh etməsi xahişinə Amerika lideri “Mən əslində zarafat etmirəm” cavabını verib.

“Kanada maraqlı məqamdırr. ABŞ Kanadaya ildə 200-250 milyard dollar arasında dəstək verir. Biz onların ordusunu, kanadalıların həyatlarının bütün sahələrinin yükünü öz üzərimizə götürürük. Vaşinqtonun şimal qonşusuna qarşı məqsədəuyğun siyasət yürütməyə davam etməsinin yeganə yolu Kanadanın ABŞ-yə birləşməsi olardı”, - Donald Tramp iddia edib.

Kanada Trampa cavab verir
Qrenlandiya məsələsinə gəldikdə, Tramp bu ərazinin ABŞ-nin bir hissəsi olmasından ada sakinlərinin iqtisadi fayda görəcəyini vurğulayıb. Vaşinqton üçün Qrenlandiya öz təhlükəsizliyini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir. “Times” jurnalının sualına cavabında Ağ Evin rəhbəri bildirib ki, özünün ABŞ-nin ərazisini genişləndirən prezident kimi xatırlanmasına etiraz etmir.

Xatırladaq ki, Tramp dəfələrlə bir çox kanadalının öz ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını istədiyini deyb. Onun fikrincə, belə bir birlik Kanadaya iqtisadi sabitlik gətirəcək və onu Trampın, xüsusilə Rusiya və Çindən gəldiyini, iddia etdiyi xarici təhlükələrdən qoruyacaq.

Lakin Kanadanın baş naziri Mark Karni ölkəsinin heç vaxt və heç bir formada ABŞ-nin tərkib hissəsi olmayacağını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Kanada   Qrenlandiya  





Xəbər lenti