Kenquru fermeri döydü

Kenquru fermeri döydü
  25 Aprel 2025    Oxunub:332
Avstraliyada maraqlı hadisə baş verib.
LADBible-nin yaydığı məlumata görə, bir kişi kenquru tərəfindən döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.

"Avstraliyalı fermer Adrian Stok bildirib ki, o, Yeni Cənubi Uelsin Bunqavalbin şəhərindəki mülkündə hücuma məruz qalıb. Kişinin sözlərinə görə, hadisə onun üç iti - "Terrier", "Rodeziya" "Ridgebeki" böyük bir kenqurunu təqib etməyə başlayanda baş verib.
35 ildən çox fermada yaşayan Stok həm itləri, həm də vəhşi heyvanı qorumaq üçün müdaxilə etməyə çalışıb. Lakin dayaz suda küncə sıxışan kenquru kişini təhlükə kimi qəbul edib və ona doğru hücuma keçərək fermeri döyüb",- nəşr yazıb.

Stok isə hadisəni belə xatırlayıb: “O, ön pəncələri ilə başımdan tutdu, qarnıma təpik vurdu və məni yerə yıxıb çırpdı”.

Hücumdan sonra Stokun başında çoxlu kəsiklər və qarnında xəsarət izləri aşkarlanıb. "Yerli həkim yaraları müalicə edib, tikişlər qoyub və kenquruların insanları döyməsinin adi hal olduğunu deyib".
Tural Tağıyev
AzVision.az



Teqlər: Kenquru  





Xəbər lenti