Paşinyan seçkilərə hazırlığa başlayıb

   Paşinyan seçkilərə hazırlığa başlayıb
  26 Aprel 2025    Oxunub:404
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə növbəti seçkilərə hələ il yarım qalmasına və hakimiyyət orqanlarının növbədənkənar seçkilərin planlaşdırılmadığını dəfələrlə bəyan etməsinə baxmayaraq, artıq öz seçki siyahısını formalaşdırmağa başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan “Hraparak” qəzetinin yazdığına görə, siyahının tərtibi zamanı ciddi meyarlar tətbiq olunmayacaq - həlledici amil rolunu yalnız “liderin iradəsi” oynayacaq.

Nəşrin mənbələri hazırkı deputatların bir çoxunun yeni siyahıya düşməyə biləcəyini və parlamentdəki “Vətəndaş Müqaviləsi” fraksiyasının hazırkı tərkibinin təxminən 80%-i dəyişdiriləcəyini iddia edirlər.

- Nikol Paşinyan erməni seçicisini növbəti dəfə çaşdırmaq və onun səsini almaq, onu yeni kadrların köhnələrin həll etmədiyi problemləri həll edəcəyinə inandırmaq üçün naməlum şəxslərdən ibarət tamamilə yeni tərkib təqdim etmək istəyir: “Bir daha “Vətəndaş Müqavilə”sinə etibar edin”. Yeri gəlmişkən, onların “Real Ermənistan” adı altında çıxış edəcəkləri barədə şayiələr gəzir”, - “Hraparak” qəzeti vurğulayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   seçkilər   hazırlıq  





Xəbər lenti